İran səfiri: Moskva və Tehran arasında əlaqələr təbii və gözləniləndir
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu sözləri İranın İtaliyadakı səfiri Məhəmməd Rza Saburi mətbuata açıqlamasında deyib.
“Səfirliyin sözlərinə görə, ölkələrimizin ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq sahəsində müsbət təcrübəsi var. Hazırkı münasibətlər isə çoxşaxəli, dərin və genişdir. İki ölkə rəsmilərinin görüşləri və nümayəndə heyətlərinin mübadiləsi təbii haldır və yalnız indiki dövrdə baş vermir. Moskva və Tehran arasında pozitiv və geniş əlaqələr nəzərə alınaraq, müxtəlif məsələlər, o cümlədən son hadisələr və nüvə danışıqları üzrə məsləhətləşmələr tamamilə gözləniləndir,” – deyə diplomat bildirib.
Bazar ertəsi Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın Xarici İşlər Naziri Abbas Əraqçini qəbul edib. Rusiya lideri qeyd edib ki, Kreml Yaxın Şərqdə sülhün mümkün qədər tez bərqərar olmasına çalışacaq. İran XİN başçısı isə Moskva ilə Tehran arasındakı münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirərək onların daha da güclənəcəyini bildirib və dəstəyə görə təşəkkürünü ifadə edib.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 May 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















