İran səfirlikləri Trampı lağa qoydular “Açarları itirdik”
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın Zimbabve və Cənubi Afrikadakı diplomatik nümayəndəlikləri ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına sosial mediada istehzalı paylaşımlarla cavab veriblər.
Yeniavaz.com xəbər verir ki, İranın Zimbabvedəki səfirliyinin rəsmi hesabında “Açarları itirdik” ifadəsi paylaşılaraq Vaşinqtonun tələbi lağa qoyulub.
Bunun ardınca İranın Cənubi Afrikadakı səfirliyi də zarafatı davam etdirərək “açarların gül qabının altında olduğunu” bildirib və Hörmüz boğazına girişin “yalnız dostlar üçün açıq” olduğunu yazıb.
ABŞ prezidenti xəbərdarlıq edib ki, Tehran Hörmüz boğazını açmasa, Amerika qüvvələri İrandakı körpülər və elektrik stansiyalarını hədəf ala bilər.
Buna cavab olaraq İran tərəfi də qarşılıqlı təhdidlər səsləndirib. Daha əvvəl rəsmi Tehran mümkün hücumlara cavab olaraq ABŞ və İsrail infrastrukturuna zərbə endirə biləcəyini bildirib. İranın “Xatəm əl-Ənbiya” qərargahının baş komandanı Ali Abdullahi isə düşmənə qarşı “cəhənnəm qapılarının açılacağını” bəyan edib.
Qeyd edək ki, Trampın Tehrana Hörmüz boğazı və mümkün razılaşma ilə bağlı qərar verməsi üçün 48 saat vaxt verdiyi ultimatumdan sonra tərəflər arasında ritorika daha da sərtləşib.

Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Trampı bu görüntülərlə lağa qoydular Video
14 Aprel 2026 07:14
İran səfirlikləri Trampı ələ saldı: Açarımızı itirmişik
06 Aprel 2026 12:59
İranda Trampı lağa qoydular: Yemək maşınında gizlənməli...
16 Avqust 2026 11:07
İran Trampı belə lağa qoydu
18 May 2026 00:27
İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” VİDEO
22 Aprel 2026 22:23
Baxış sayı:109
Bu xəbər 06 Aprel 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















