Icma.az
close
up
RU
İran səhvən öz qırıcısını vurub

İran səhvən öz qırıcısını vurub

Bu gün İranın Kermanşah şəhərində hava hücumundan müdafiə sistemi İran ordusunun F-4 qırıcısını vurub.
Missiya.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.
Məlumata görə, hadisə nəticəsində qırıcı Kermanşah şəhəri yaxınlığındakı yüksək əraziyə düşüb. Pilot və köməkçisi barədə isə hələlik heç bir xəbər yoxdur.
Şahidlərin sözlərinə görə, hadisədən sonra təhlükəsizlik qüvvələri dərhal Bisütundan Dinevar istiqamətində yol hissəsini bağlayaraq, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. İranın rəsmi dövlət mediası isə bununla bağlı açıqlama verməyib.
Leyla SƏMƏNDƏR
Missiya.Az


seeBaxış sayı:49
embedMənbə:https://missiya.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri