İran Səudiyyədəki ABŞ avia bazasını vurdu... 5 hərbi təyyarə sıradan çıxdı...
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran Səudiyyə Ərəbistanında ABŞ qüvvələrinin yerləşdiyi "Prince Sultan"(Şahzadə Sultan" avia bazasına raket zərbəsi endirib. ABŞ rəsmilərinin məlumatına görə, zərbə nəticəsində yerdə olan bir neçə Hərbi Hava Qüvvələri təyyarəsinə zərər dəyib.
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, bu haqda "The Wall Street Journal" qəzeti ABŞ təhlükəsizlik mənbələrinə əsaslanaraq məlumat yayıb.
Məlumatda deyilir ki, raketlər ABŞ Hərbi Hava Qüvvələrinin ən azı beş tanker təyyarəsinə dəyib. Bunlar uzunmənzilli hava əməliyyatlarının dəstəklənməsində əsas rol oynayan, uçuş zamanı yanacaq dolduran təyyarələrdir.
Mənbələrə görə, təyyarələr zədələnib, lakin tamamilə məhv edilməyib və hazırda təmir olunur. Zərbələr nəticəsində guya heç kimin ölmədiyi bildirilir.
Bu hadisə son günlərdə itən və ya zədələnən ABŞ tanker təyyarələrinin ümumi sayını ən azı yeddiyə çatdırır.
"Şahzadə Sultan" hava bazası ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğu üçün əsas yerdir. Bazada əməliyyatlara dəstək verən və bölgədəki müttəfiqlərin müdafiəsini gücləndirən ABŞ-ın 378-ci ekspedisiya avia qanadı yerləşir.
S.Laçın
Baxış sayı:264
Bu xəbər 14 Mart 2026 07:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















