İran silah satışında kriptovalyutaya keçir raket və dronlar rəqəmsal valyuta ilə təklif olunur
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran xarici ölkələrə ballistik raketlər, pilotsuz uçuş aparatları və hərbi gəmilər daxil olmaqla, qabaqcıl silah sistemlərini kriptovalyuta qarşılığında satmağı təklif edir. Tehran bu üsulla Qərbin tətbiq etdiyi maliyyə məhdudiyyətlərini aşmağa çalışır.
BAKU.WS-in məlumatına görə, bu barədə "The Financial Times" nəşri yazıb. Bildirilir ki, İran Müdafiə Nazirliyinin İxrac Əməliyyatları Mərkəzi - "Mindex" - hərbi müqavilələrdə ödənişin kriptovalyutalarla yanaşı, barter yolu ilə və ya İran rialı ilə aparılmasını da müzakirə etməyə hazırdır. Qəzetin araşdırdığı reklam materialları və müqavilə şərtləri bunu təsdiqləyir.
Məqalədə qeyd olunur ki, son bir il ərzində gündəmə gələn bu təşəbbüs, bir dövlətin strateji hərbi texnikanın ixracında ödəniş vasitəsi kimi kriptovalyutanı açıq şəkildə qəbul etməyə hazır olduğunu nümayiş etdirdiyi ilk məlum nümunələrdən biri sayılır.
İranın hərbi məhsullarının xarici bazarlara çıxarılmasına cavabdeh olan "Mindex"in 35 ölkə ilə əməkdaşlıq etdiyi iddia edilir. Təşkilatın təqdim etdiyi silah kataloqunda "Emad" ballistik raketləri, "Şahed" tipli PUA-lar, "Şəhid Süleymani" sinifli hərbi gəmilər, eləcə də qısamənzilli hava hücumundan müdafiə sistemləri yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 02 Yanvar 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















