“İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır” Pentaqon
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin onun hərbi infrastrukturuna çoxsaylı zərbələr endirməsinə baxmayaraq, İran əhəmiyyətli taktiki potensialı saxlayır.
"Report"un xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp tərəfindən Mərkəzi Komandanlığın rəhbəri vəzifəsinə namizədliyi irəli sürülən vitse-admiral Çarlz Kuper deyib.
"Onların əhəmiyyətli taktiki potensialı var", - o, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində namizədliyinə baxılmasına həsr olunmuş dinləmədə deyib.
Kuper İran Silahlı Qüvvələrinin vəziyyətinin qiymətləndirilməsi xahişini şərh edib. Çarlz Kuperin sözlərinə görə, Tehran bu potensialın elementlərindən birini iyunun 23-də ABŞ-nin Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirməklə nümayiş etdirib. Vitse-admiral İranın Yaxın Şərqdəki ABŞ qoşunları üçün hələ də ciddi təhlükə təşkil edib-etməməsi ilə bağlı suala təsdiq cavabını verib.
Ç.Kuper həmçinin əmin edib ki, əgər Tehran buna qərar versəydi, ABŞ ordusu beynəlxalq ticarət üçün vacib olan bu su yolunu minalamaqla İranın Hörmüz boğazını bağlamaq hərəkətlərini aşkar edərdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 İyun 2025 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















