Icma.az
close
up
RU
İran “Şimal Cənub” dəhlizilə yükdaşımaların sənədləşməsini tamamilə elektronlaşdırmağı təklif edir

İran “Şimal Cənub” dəhlizilə yükdaşımaların sənədləşməsini tamamilə elektronlaşdırmağı təklif edir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Dövlətlər arasındakı nəqliyyat sisteminin mövcudluğu iqtisadi inteqrasiyanın əsasıdır. Buna görə də ölkələrimizin nəqliyyat infrastukturu uyğunlaşdırılmalıdır. Biz bu istiqmətdə tədbirlər hazırlayıb həyata keçirməliyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, infrastrukturun uyğunlaşdırılması yüklərin sabit, gecikmələr olmadan və təhlükəsiz çatdırılmasını təmin edəcək.

““Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi regionun 3 ölkəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizlə 2030-cu ilə qədər 15 milyon ton yükün daşınması nəzərdə tutulub. Bunun üçün isə ilk növbədə hər 3 ölkədə də yüklərin fasiləsiz ötürülməsinə nail olmaq lazımdır. Düşünürəm ki, sənədləşmənin tamamilə elektronlaşdırılması ötürmə qabiliyyətini artırar, gecikmələrin qarşısını alar. “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xətti Rusiya ilə birlikdə tikilir. Artıq torpaq sahələri alınıb və hamarlama işləri həyata keçirilib. Qarşılıqlı razılaşmaya əsasən, İran ilə Naxçıvanı birləşdirəcək yüksək ötürücülük qabiliyyətinə malik 107 kilometrlik Culfa-Kəlalə avtomobil yolunun tikintisi davam edir”, - deyə Sadiqi vuğulayıb.

Nazir İranın dəhlizin genişlənməsi istiqamətində digər ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu da qeyd edib: ““Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi unikal və beynəlxalq əhəmiyyət daşıyan layihədir. Bu dəhliz yalnız İran, Azərbaycan və Rusiya üçün yox, eyni zamanda regionun digər dövlətlərinin iqtisadi inkişafına və sosial rifahına müsbət təsir göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri