Icma.az
close
up
RU
“İran siyasətinin qeyrisəmimiliyi növbəti dəfə ifşa etmiş olundu”

“İran siyasətinin qeyrisəmimiliyi növbəti dəfə ifşa etmiş olundu”

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Arorat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimində çıxış edən amerikalı diplomat bildirib ki, qarşıdakı həftələrdə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi komandamız sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək və erməni həmkarları ilə işləmək üçün Ermənistana səfər edəcək. Aydındır ki, bu addımın əsas məqsədi Amerika qüvvələrinin Ermənistanda yerləşdirilməsidir. Amerika tərəfi əvvələr bu qrupun Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının tərkibində fəaliyyət göstərəcəyi ehtimal olunsa da, bu baş vermədi. Burada maraqlı məqam isə öz sərhədlərinə kənar qüvvələrin yerləşdirilməsini qəbul etməyən və daima qırmızı xətlərdən bəhs edən İranın qonşusu Ermənistanın bu addımına heç bir reaksiya verməməsidir. 

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Tural İsmayılov bildirib ki, İran bir çox məsələlərdə Ermənistanı dəstəkləyir: 

“Tehran hətta özü üçün strateji baxımdan uyğunsuz yöndən Ermənistanın Qərblə əlaqələrinə publik bir reaksiya verə bilmir. Amma digər vaxtlarda Azərbaycanla sərhədə gəlib saxta tampon körpüsü atanlar bu gün Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyası adı altında Ermənistanda at oynatmasına açıq şəkildə səs çıxartmır. Eyni zamanda, ABŞ-nin Ermənistanla imzaladığı müqavilədə İrəvanın sərhəd mühafizəsi ilə bağlı bəzi məqamlara İranın hələ də səs çıxartmaması Tehranın real niyyətini növbəti dəfə göstərir”. 

Tural İsmayılov qeyd edib ki, müxtəlif iranlı ekspertlər səviyyəsində Ermənistana hansısa bir narazılıq ifadə edilsə də, açıq formada, İran tərəfindən kəskin bəyanatlar eşitmirik:

“Bu bir daha onu göstərir ki, qırmızı xətlər, sərhədlərə regiondan kənar qüvvələrin cəlb edilməsi və.s kimi bəyanatlar boğazdan yuxarı ifadələrdir. Vaşinqtonda faktiki olaraq Ermənistan ABŞ-yə bu bölgənin sərhədlərinə gəlməklə bağlı açıq öhdəlik üzərinə götürdü ki, bu məsələdə də İranın seyirci qalmağı Tehranın siyasətinin qeyri-səmimiliyini növbəti dəfə ifşa etmiş oldu”, - deyə politoloq vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://missiya.az
archiveBu xəbər 15 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri