Icma.az
close
up
RU
İran şok içində

İran şok içində

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ötən gecə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri sülh bəyannaməsi imzalayıblar, həmçinin Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" marşrutu barədə razılıq əldə edilib. Prezident İlham Əliyevin sözləri ilə desək, "dünyanın bir nömrəli paytaxtında" baş verən bu hadisələr İranda ciddi şok və ümidsizlik yaradıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə qeyd olunub.

Qeyd edilib ki, bunu anti-Azərbaycan çıxışları ilə tanınan bir İran saytının məqaləsi aydın şəkildə göstərməkdədir.

"Ağ Evdə gerçəkləşən Bakı-İrəvan razılaşmasını "Vaşinqtonun Moskvaya və şəxsən Putinə içirtdiyi zəhər camı" adlandıran sayt İran barədə bunları yazıb: "Bir vaxtlar Ermənistanı özünün ənənəvi müttəfiqi adlandıran İran indi Şimal-Cənub dəhlizinin məhv olmasının, NATO və İsrailin nəzarətində olan dəhlizlərin meydanı ələ almasının şahidi olmalıdır. Şimalda İsrail Bakının pəncərəsindən daxil olub; qərbdə Türkiyə meydanın fəal oyunçusudur; cənubda ərəb ölkələri "İbrahim sazişi" kartı ilə gələcəklərini satın alırlar. Tehran isə həmişəki kimi öz yerində dayanıb, amma tək-tənha!"

Regionda baş verən proseslərə vaxtı keçmiş meyarlar ilə yanaşan saytın Vaşinqtonda gerçəkləşən tarixi hadisə kontekstində İranın təkləndiyini və tənha qaldığını etiraf etməsi çox mənalıdır, üstəlik, yaşanan şokun dərinliyindən xəbər verir.

Bunu hazırda İran prezident administrasiyasında məsul vəzifə tutan İranın Azərbaycandakı keçmiş səfiri Abbas Musəvinin dövlət televiziyasına müsahibəsindəki bir məqam da nümayiş etdirir. ABŞ prezidentinin Azərbaycan-Ermənistan sülh gündəliyinə və Zəngəzur dəhlizi məsələsinə müdaxilə etməsinin İran üçün "bir qədər maraqlı, eyni zamanda, şübhəli və təhlükəli olduğunu" bildirən diplomat o qədər çaşqınlıq keçirib ki, canlı efirdə ABŞ prezidenti barədə "əziz cənab Tramp" ifadəsini işlədib, bu da mediada və sosial şəbəkələrdə geniş reaksiyalar doğurub".

Ətraflı süjetdə:

İran şok içində

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri