İran Suriyadakı səfirliyinə hücuma reaksiya verdi
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Xarici İşlər Nazirliyi Suriyanın paytaxtında hakimiyyəti ələ keçirmiş silahlı qrupların İranın Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.
Axar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin deyib.
İranın Dəməşqdəki səfirliyinə hücumla bağlı sualı cavablandıran Bəqayi bu addımı pisləyib və vurğulayıb ki, diplomatik, eləcə də konsulluq müəssisələrinin təhlükəsizliyinin qorunması beynəlxalq hüququn əsas prinsipidir və istənilən vəziyyətdə hörmət edilməlidir:
"İran bu cür hücumların təkrarlanmasının qarşısını almağa çağırıb və Suriyadakı hadisələrlə bağlı bütün maraqlı tərəflərlə əlaqə saxlayır".
Onun sözlərinə görə, səfirlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülüb, səfir və diplomatik nümayəndəlik əməkdaşları xəsarət almayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 08 Dekabr 2024 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















