İran televiziyası sui qəsd kadrları ilə Trampı hədələdi: “Bu dəfə güllə hədəfə dəyəcək”
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın dövlət televiziyası ABŞ Prezidenti Donald Trampa qarşı kəskin hədələyici mesaj yayımlayıb.
Bakupost.az xəbər verir ki, İran televiziyası canlı yayımda Trampın 2024-cü ilin iyulunda Pensilvaniya ştatının Batler şəhərindəki seçki mitinqi zamanı sui qəsd cəhdinə məruz qalmasına aid foto və mesajlara yer verib. Səslənən ifadələr arasında “bu dəfə güllə yayınmayacaq, hədəfi qaçırmayacaq” sözləri də olub.
Bu hadisə fonunda ABŞ ın Yaxın Şərqdə bir sıra hərbi bazalarında personalın təxliyəsi barədə xəbərdarlıqlar gəlib və bölgədəki gərginlik səngimir.
Trampın özünün 2025-ci ildə İrana qarşı sərt addımlar, etirazçılara dəstək və rejimin davranışına görə nəticə çıxarılması barədə bəyanatları da fon gərginliyini daha da artırıb.
Lakin Tehran rəsmi olaraq ABŞ ın təzyiqlərinə qarşı çıxış edir və sui qəsd cəhdlərini dövlət səviyyəsində dəstəkləmədiyini dəfələrlə rədd edib. İran prezidenti bunu bir sıra müsahibələrdə vurğulayıb və Tehranın belə aktları nəinki planlaşdırmadığını, hətta onlara qarşı olduğunu bildirib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İran parlamentinin sədri Trampı hədələdi KONKRET
12 Yanvar 2026 16:59
Husilər Trampı hədələdi
13 Fevral 2025 18:55
İran liderinin müşaviri Trampı qarnına dron zərbəsi ilə HƏDƏLƏDİ
10 İyul 2025 18:10
Almaniya Trampı HƏDƏLƏDİ: Bu işə yaramırsa..
03 Fevral 2025 16:50
Çin Trampı cavabla hədələdi
09 Aprel 2025 11:43
Baxış sayı:80
Bu xəbər 15 Yanvar 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















