“İran tezliklə nüvə sazişini bağlamaq istəyir” XİN
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İran mümkün qədər tez nüvə sazişi bağlamağa çalışır və bu mənada Tehran üçün zaman çox vacibdir”.
525.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi mətbuat konfransında deyib.
“ABŞ ilə nə qədər tez razılaşma bağlansa, bir o qədər yaxşıdır. Biz bu danışıqlara nəticə əldə etmək məqsədi ilə başladıq. Mən dəfələrlə demişəm ki, nüvə sazişi nəticəsində sanksiyaların tez bir zamanda ləğvi İranın qələbəsi olacaq", - Bəqayi bildirib.
O, həmçinin qeyd edib ki, cümə günü Maskatda keçirilən İran-ABŞ dialoqu ortaq məsələlərin müzakirəsinə yönəlib və Amerika tərəfinin niyyətinin ciddiliyini qiymətləndirmək, növbəti addımları müəyyən etmək məqsədi daşıyıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 10 Fevral 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















