İran Trampa iki dəfə sui qəsd cəhdi edib Netanyahu
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran ABŞ prezidenti Donald Trampa iki dəfə sui-qəsd cəhdi edib.
"Unikal" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu "Newsmax"a müsahibəsində deyib.
"Baxın, müharibədən əvvəl baş verənləri xatırlayırsınızsa, İran Yaxın Şərqdə və dünyada əsas zorakılıq edən dövlət idi. O, Qərb yarımkürəsi də daxil olmaqla bir çox qitədə, o cümlədən Venesuela və digər ölkələrdə dövlət terrorizminin əsas sponsoru idi", -, o, ifadə edib.
O, Əfqanıstanda əldəqayırma partlayıcı qurğular nəticəsində minlərlə insanın öldüyünü və şikəst olduğunu bildirib. O, həmçinin İranın ABŞ səfirliklərini "bombaladığını" da iddia edib.
Netanyahunun sözlərinə görə, İran rəhbərliyi Donald Trampa iki dəfə sui-qəsd cəhdi edib və "hələ də" bunu etmək istəyir.
Qeyd edək ki, bundan əvvəl Benyamin Netanyahu "Fox News"a verdiyi müsahibədə İsrailin ABŞ-ı İranla müharibəyə sürükləyib-sürümədiyi sualına gülmüşdü.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 31 Mart 2026 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















