“İran Trampın prezidentlik müddətinin sonunadək idxalı təmin edə biləcək”
Icma.az bildirir, 525.az portalına istinadən.
“İranın valyuta ehtiyatları ABŞ prezidenti Donald Trampın hakimiyyət müddətinin sonuna qədər və ondan sonrakı dövrdə ölkənin idxal ehtiyaclarını ödəmək üçün kifayətdir”.
525.az xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti bildirib.
O deyib ki, İran Trampın hakimiyyətdə olduğu müddətin sonunadək idxalı təmin edə biləcək:
“Neft gəlirlərinin azalmasını aktivlərin satışı, enerji sektorunda islahatlar və neft məhsullarının ixracı hesabına kompensasiya etmək üçün proqramımız var”.
Hemməti qeyd edib ki, üçaylıq dövrdə inflyasiyanın sürətində azalma müşahidə olunub: “Bundan əlavə, əhalinin ən həssas təbəqələrinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə hökumət ünvanlı ərzaq vauçerlərinin nominal dəyərinin mərhələli şəkildə artırılmasını nəzərdə tutub”.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 23 Oktyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















