İran Türkiyə də daxil olmaqla 3 ölkənin adını çəkdi: Bazalarınızı vurarıq
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ İranı hədəf alarsa, İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə yerləşən ABŞ hərbi bazalarına zərbə endirəcəyini region ölkələrinə çatdırıb. Tehran eyni zamanda bu ölkələrdən Vaşinqtonun İrana hücumunun qarşısını almalarını istəyib.
Bizim Media xəbər verir ki, bunu yüksək vəzifəli iranlı rəsmi Reuters agentliyinə açıqlamasında bildirib.
Məlumata görə, İran ABŞ-ın mümkün hücumu halında region ölkələrindəki ABŞ bazalarının hədəf alınacağını bildirib.
Xatırladaq ki, 28 dekabrda bahalaşma və iqtisadi çətinliklərə etirazla başlayan aksiyalar qısa müddətdə hökumət əleyhinə etirazlara və zorakılıqlara çevrilərək genişlənib. Etirazçılara tez-tez dəstək verdiyini bildirən ABŞ Prezidenti Donald Tramp İranı müdaxilə ilə hədələyib.
İranlı yüksək vəzifəli şəxs deyib ki, Prezident Trampın təhdidlərindən sonra İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında birbaşa əlaqə dayandırılıb.
ABŞ-ın təhdidlərinin diplomatik səyləri zədələdiyi, illərdir davam edən nüvə mübahisəsinə diplomatik həll tapmaq məqsədilə planlaşdırılan görüşlərin ləğv edildiyi vurğulanıb.
Yeri gəlmişkən, İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsin Ejei etirazçıların saxlanıldığı Tehran həbsxanasını ziyarət edib və ölümcül zorakılıqlara qarışanlara qarşı sürətli hüquqi tədbirlərin görüləcəyini bildirib.
Tehranda prokurorlar ölümcül zorakılıqlara görə saxlanılan “üsyançılar və sabotajçılar” barəsində “dövlətə qarşı müharibə” maddəsi ilə edam cəzası tələb ediləcəyini açıqlayıb. ABŞ Dövlət Departamentinin farsdilli X hesabında 26 yaşlı Erfan Soltaninin edam cəzasına məhkum edildiyi bildirilib və onun edam hökmü alan ilk etirazçı olduğu qeyd edilib.
İran İnsan Haqları Aktivistləri təşkilatının məlumatına görə, etirazlarda 2 403-ü etirazçı, 142-si təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 2 571 nəfər həyatını itirib. 1 134 nəfər ağır yaralanıb. Ölkənin 31 vilayətində 187 şəhərə yayılan aksiyalarda ən azı 18 434 nəfər saxlanılıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Yanvar 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















