İran Türkiyə istiqamətində raket atılması barədə məlumatları təkzib etdi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Türkiyə istiqamətində raket buraxmadığını bildirib və bu məlumatları ABŞ və İsrailin təxribatı hesab etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi bəyan edib.
"İran İslam Respublikasının Silahlı Qüvvələri dost və qonşu Türkiyə istiqamətində hər hansı raket buraxılışını təkzib edir. ABŞ və İsrailin əvvəlki təxribatlarını nəzərə alsaq, görünür ki, belə bir addım İran və Türkiyə arasındakı münasibətləri korlamaq məqsədilə onlar tərəfindən atılıb. Məsələ araşdırılmalıdır", - deyə İran dövlət televiziyası bəyanatdan sitat gətirib.
Qeyd edək ki, martın 13-də Türkiyənin Müdafiə Nazirliyi Aralıq dənizində NATO qüvvələri tərəfindən İrandan buraxıldığı və Türkiyənin hava məkanına daxil olduğu bildirilən ballistik raketin məhv edildiyini açıqlamışdı. Bu, martın 4-dən bəri üçüncü belə hadisə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 14 Mart 2026 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















