Icma.az
close
up
RU
İran üçün “AĞ QARA” SEÇİM Tehrana təzyiqlər BÖYÜYÜR

İran üçün “AĞ QARA” SEÇİM Tehrana təzyiqlər BÖYÜYÜR

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İran ağla qara arasında seçimlə üz-üzə qalıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Politoloq ABŞ-nin Yəmənə qarşı hücumları kontektsində İsrailin Qəzzada apardığı əməliyyat və hədəfin İran olması ilə bağlı səslənən iddiaları şərh edib.

“Yəməndəki üsyançı husilər həm Süveyş kanalını iflic edib, həm də Qırmızı dənizdən keçən bütün gəmilərin naviqasiya ilə bağlı ciddi problemləri yaranıb. Bütün gəmilər nəzarət altındadır və istədikləri gəmiləri hücum edib ələ keçirə və ya dronla vura bilirlər. Xüsusilə də İsrailə məxsus gəmilərin keçməsinə imkan verilmir. Bu isə husilər vasitəsilə İranın çox ciddi təzyiqi və üstünlüyüdür. Bu baxımdan, üstünlüyü İranın əlindən almaq və eyni zamanda, ABŞ bu su hövzəsinə, bölgəyə nəzarətini təmin etməklə İsrail gəmilərinin rahat hərəkətinə şərait yaratmaq üçün hərəkətə keçib. Düşünürəm ki, bu davamlı şəkildə o vaxta qədər davam edəcək ki, husilər artıq bundan sonra bütün hücumları dayandıracaqları ilə bağlı bəyanat və öhdəlik götürəcəklər”.

Politoloq hesab edir ki, ABŞ və Yəmən arasında baş verən qarşıdurma birbaşa İrana təzyiq vasitəsidir:

“Bu, təbii ki, birmənalı olaraq İrana təzyiqdir. Bir tərəfdən, İrana konkret danışıqlar təklifi var və bu ABŞ-nin birbaşa təzyiqi ilə baş verir. Donald Trampın Xomeneiyə göndərdiyi məktub var ki, artıq bu məktuba cavab verildiyi də bildirilir. Ona görə də İran üçün çox seçim yeri qoyulmur. İran ya bütün nüvə fəaliyyətlərini, uranın zənginləşdirilməsini və strateji silahların istehsalını birmənalı olaraq dayandırmalıdır, ya da ABŞ İsrailin İranın bütün nüvə və strateji obyektlərini bombardman etməsinə yardım edəcək. İran qara və ağ arasında seçim imkanına malikdir. Tehran isə hələlik güc nümayiş etdirməyi seçib”.

“Aprelin 1-indən SEPAH-a hazırlıq göstərişi verib. Düşünürəm ki, belə davam edərsə, İsrail ABŞ-nin dəstəyi ilə İranın bütün strateji obyektlərini bombardman etməsi ilə nəticələnəcək. Bu da İranın həm nüvə potensialını, həm də strateji silah müəssisələri ilə İranı onillər geriyə atacaq. İran isə İsrail hücum etməyənə qədər heç bir qabaqlayıcı addım atmayacaq. Atıldığı təqdirdə isə buna ballistik raketlərlə, dronlarla cavab verməyə çalışacaq, eyni zamanda Aralıq dənizində mövcud olan ABŞ-nin qırıcı təyyarələr daşıyan gəmisinə də zərbələr endirməyə çalışacaq”, – deyə o, əlavə edib.

Qəzza-İsrail qarşıdurmasına da fikir bildirən politoloq onu da bəyan edib ki, HƏMAS silahlıları artıq 20-30 minə yaxın artıb.

“Qəzzanın İsrail tərəfindən vurulması isə bilavasitə İranla bağlı məsələ deyil. Ona görə ki, Qəzzada artıq 2 ilə yaxındır İsrail HƏMAS qruplaşmasını məhv edə bilmir. Nəinki məhv edə bilməyib, HƏMAS əlavə 20-30 min arasında yeni döyüşçülərin qoşulmasına səbəb olması barədə informasiyalar var. Əslində, biz bunu zaman-zaman bildirmişdik ki, Fələstində tətbiq olunan bu soyqırımın nəticəsi o olacaq ki, HƏMAS məhv edilməyəcək, hətta hər bir fələstinli potensial HƏMAS-çı olacaq. Bildiyimiz kimi, HƏMAS-ın əlində hələ də israilli əsirlər var. Bu da Baş nazir Netanyahu üçün ən böyük problemdir. HƏMAS-ın əlində əsirlərin olmasını yəhudi ictimaiyyəti heç bir vəchlə Baş nazirə bağışlamaq istəmirlər. HƏMAS-ın qısa müddətdə məhv olunacağını vəd edən Netanyahu 2 ilə yaxındır bunu bacarmır. HƏMAS ayaqdadır və müqavimət göstərir”.

Yenicag.az

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 18 Mart 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri