İran uranı zənginləşdirməkdən əl çəkməyəcək
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İsrailin hədəsi Tehranı nüvə hüquqları ilə bağlı mövqeyini dəyişməyə təsir etmək məqsədi daşıyır”
İran uranı zənginləşdirmək hüququndan əl çəkməyəcək. AYNA.AZ xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Rəsmi qeyd edib ki, İsrail Tehrana mümkün hərbi zərbə ilə bağlı xəbərdarlıq edib.
“Bu hədə bazar günü Omanda ABŞ-la danışıqlar zamanı Tehranı nüvə hüquqları ilə bağlı mövqeyini dəyişməyə təsir etmək məqsədi daşıyır”, - iranlı rəsmi bildirib.
Bundan əvvəl “Mehr” agentliyi İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Beqayi istinadən xəbər vermişdi ki, İran Oman vasitəsilə ölkənin nüvə proqramı ilə bağlı təkliflərini ABŞ-a təqdim edəcək.
Beqayi uranın zənginləşdirilməsinin İranın nüvə sənayesi üçün strateji zərurət olduğunu və ölkənin milli maraqlarına xidmət etdiyini vurğulayıb. İran XİN-in nümayəndəsi ABŞ və İran arasında danışıqların yeni mərhələsinin mümkünlüyündən də danışıb. Onun sözlərinə görə, “qərar verilərsə, elan olunacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 12 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















