Icma.az
close
up
RU
İran uranın zənginləşdirilməsini artırır Dinc yoxsa hərbi məqsədlər? (ŞƏRH)

İran uranın zənginləşdirilməsini artırır Dinc yoxsa hərbi məqsədlər? (ŞƏRH)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Tehranın uranın zənginləşdirilməsini 60 faizə çatdırması onun dinc məqsədlərdən daha çox, hərbi məqsədlərə xidmət etdiyindən xəbər verir".

Bunu Qaynarinfo-ya QAFSAM sədrinin müavini Nazim Cəfərsoy İran dini lideri Əli Xameneinin ölkəsinin nüvə silahına ehtiyacı və onu yaratmaq niyyətinin olmadığı barədə bəyanatını şərh edərkən deyib.

"Texniki ekspertlər bildirir ki, atom enerjisi üçün 20-25 modulda, yəni daha az zənginləşdirilmiş urana ehtiyac var. Ancaq İranın uranı 60 faizə qədər zənginləşdirməsi artıq onun dinc məqsədlərdən daha çox, hərbi məqsədlər üçün istifadə edilə biləcəyindən xəbər verir”, deyə ekspert bildirib. 


Bu mənada ekspertin fikrincə, Xameneinin açıqlaması şübhəlidir:

"İndiyə qədər ki, ümumi məqsədlərə texniki baxımından baxdığımız zaman da İran dini liderinin sözügedən açıqlaması əlsində şübhəli görünür. Bu atom elektrik stansiyası əldə etmək istiqamətindəki məqamları ortadan qaldırır. Digər tərəfdən, İran uzun müddətdir nüvə proqramı ilə məşğul olur və bu proqramın müxtəlif hərbi məqsədlər daşıdığı zaman-zaman MAQATE tərəfindən də müəyyən hesabatlarda dilə gətirib. Başqa bir tərəfdən, dinc məqsədli nüvə məsələsilə bağlı İranın Rusiya ilə əməkdaşlığı mövcud olub. Lakin İran bu proqramı Moskvadan da gizli sürdürür. Dolayısı ilə bu da müəyyən şübhələr yaradır. Bu faktlar fonunda dini liderin açıqlaması o qədər də inandırıcı deyil”.

Qeyd edək ki, İranın dini lideri Əli Xamenei ölkəsinin nüvə silahına ehtiyac və onu yaratmaq niyyətinin olmadığını bəyan edib. 

O bildirib ki, uranın zənginləşdirilməsi İrana sadəcə olaraq, öz ehtiyaclarını təmin etməyə kömək edir. Dini lider telemüraciətində uranın 60 faizə qədər zənginləşdirilməsinin ölkənin qarşısında duran bir sıra məsələləri həll etmək üçün çox yaxşı göstərici olduğunu qeyd edib  və vurğulayıb ki, ölkəsinin nüvə silahı olmayıb və olmayacaq. 

Buna rəğmən İran sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyaları bərpa etməsinə görə MAQATE ilə əməkdaşlığı dayandırıb. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri