İran uşaqları da döyüşə çağırır ABŞ a qarşı “müqəddəs müharibə” anonsu
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
İran ABŞ-ın Yaxın Şərqə minlərlə dəniz piyadası və desant qüvvələri yerləşdirməsi fonunda genişmiqyaslı və şiddətli quru döyüşlərinə hazırlaşır.
Hurriyyet.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri hərbi analitiklərə və İranın hərbi strategiyasına bələd olan mənbələrə istinadən məlumat yayıb.
Tehran hazırda 1980-ci illərin İran-İraq müharibəsi ruhunda kütləvi səfərbərlik kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində milyonlarla iranlının, o cümlədən uşaqların orduya cəlb edilməsi və şəhidlik ideologiyasının təbliği istiqamətində ciddi addımlar atılır.
ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor isə məsələ ilə bağlı daha kəskin xəbərdarlıq edib. O bildirib ki, İran ABŞ-ın mümkün quru əməliyyatına tam hazırdır, lakin Vaşinqton İslam Respublikasının müqavimət gücünü kifayət qədər dəyərləndirmir.
Makqreqorun sözlərinə görə, hazırda ABŞ-ın bölgədə genişmiqyaslı quru qoşunlarını təhlükəsiz şəkildə sahilə çıxarmaq və onları təchiz etmək üçün lazımi infrastrukturu yoxdur. Bu isə mümkün münaqişə zamanı Amerika ordusu üçün ağır fəsadlar doğura bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 03 Aprel 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















