Icma.az
close
up
RU
İran üzərində hava üstünlüyünün qurulmasında həlledici amil nə idi?

İran üzərində hava üstünlüyünün qurulmasında həlledici amil nə idi?

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Maariv” qəzeti İsrailin İran səmasında hava üstünlüyünü necə qurduğuna dair məqalə dərc edib.

Bizimyol.info xəbər verir ki, qəzet yazır ki, bu artıq sirr deyil - İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr İranla müharibədə həlledici rol oynayıb və hava üstünlüyünə imkan verən amilə çevrilib. Hərbi Hava Qüvvələrinin nümayəndələri bildirirlər ki, pilotsuz təyyarələr ilk olaraq İranın hava məkanına daxil olub, hava hücumundan müdafiə batareyalarına hücum edib, radar sistemlərini və ballistik raketləri məhv edib. Yalnız bundan sonra qırıcılar İran istiqamətində uçublar.

İsrail Hərbi Hava Qüvvələrinin PUA-ları müharibə zamanı yüzlərlə əməliyyatda fəal və mərkəzi iştirak edib. "Onlar əməliyyat zonasını yer-hava tipli raketlərdən təmizləmək üçün əməliyyat aparıblar, kəşfiyyat toplama missiyaları həyata keçiriblər, ballistik raket buraxılış sistemlərini izləyiblər və İranın nüfuzlu şəxsləri, fəalları və alimlərini ovlayıblar", - deyə hərbi mənbə bildirib. O, əlavə edib: "İHA-lar dövrəni bağlayıb və döyüş təyyarələrinin raket buraxılış qurğularına və digər hədəflərə zərbə endirməsinə icazə verib".

İsrail Müdafiə Qüvvələrinin (İMQ) pilotsuz təyyarələri kampaniyada iştirak edib və İranın bütün hava məkanında uçub. Onların arasında "Eitan" və "Kokhav" da olub.

İMQ bildirir ki, İsraildə dizayn edilmiş və istehsal edilmiş maşınlar 2000 kilometrdən çox uçmaq və eyni vaxtda 20 saatdan çox havada qalmaq qabiliyyətinə malikdir.

Pilotsuz təyyarələr yüzlərlə hədəfi vurub, kritik məlumatlar toplayıb, Amerikanın Fordo nüvə obyektinə hücumundan əvvəl və sonra əməliyyatlarda iştirak edib.

İMQ müharibə zamanı üç pilotsuz təyyarə itirib. "Biz bütün yoxlamaları həyata keçirmişik və bu gün deyə bilərik ki, onların ələ keçirilməsindən sonra heç bir məlumat sızması olmayıb", - deyə hərbi mənbə bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 İyun 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri