İran və ABŞ İsveçrədə birbaşa danışıqlarda nələri müzakirə edəcəklər?
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran və ABŞ nümayəndə heyətləri iyunun 19-da İsveçrədə ilk birbaşa danışıqlar raundunu keçirəcəklər. Görüşdə texniki məsələlər, o cümlədən İranın nüvə proqramı müzakirə olunacaq.
Bakupost.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı özəl mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflər Tehranın nüvə proqramı ilə bağlı siyasi aspektləri, anti-İran sanksiyalarının ləğvi və İslam Respublikasının aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı hüquqi məsələləri müzakirə edəcəklər. Həmçinin Livan və "Hizbullah" hərəkatının fəaliyyəti ilə bağlı məsələlərə də baxılacaq. Qeyd olunur ki, görüşlər Sürixdə keçirilə bilər.
Telekanalın mənbələri bildirir ki, danışıqlarda Qətər və Pakistan nümayəndələri də iştirak edəcəklər. Bəzi görüşlərə Türkiyə və Səudiyyə Ərəbistanı təmsilçiləri də qatılacaqlar.
Bundan əvvəl "Reuters" agentliyi İsveçrə XİN-ə istinadən yazmışdı ki, ABŞ və İran iyunun 19-da Bürgenştokda əldə olunan razılaşmanın icrası üzrə ilkin danışıqlar aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 İyun 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















