İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 iyun, AZƏRTAC
Anlaşma memorandumu imzalandıqdan sonra Tehran və Vaşinqton qalan mübahisəli məsələlər üzrə 2 ay ərzində danışıqlar aparacaqlar.
AZƏRTAC-ın Press TV-yə istinadla verdiyi xəbərə görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib. O deyib: “Rəsmi imzalanma cümə günü baş tutacaq və iki nümayəndə heyətinin rəhbərləri gələcək danışıqların addımlarını müəyyən etmək üçün görüşəcəklər. Həmin vaxta qədər Amerika tərəfinin müharibəyə son qoymaq, blokadanı aradan qaldırmaq və aktivləri azad etmək öhdəliyi sınaqdan keçiriləcək”.
İran xarici işlər nazirinin müavini vurğulayıb ki, danışıqlar yalnız ABŞ-nin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi halında başlayacaq.
İranlı diplomat, həmçinin qeyd edib ki, memoranduma dair mətn imzalandıqdan sonra dərc olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 İyun 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















