İran və Ermənistan arasında 3 milyard dollarlıq qarşılıqlı ticarət hədəf qoyulub
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İranla bütün iqtisadi, siyasi və mədəni sahələrdə ikitərəfli əlaqələrin inkişafı Ermənistan hökuməti və xalqı üçün böyük əhəmiyyət kəsb edir”.
Missiya.Az “IRNA”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan İran Ticarət Palatasının rəhbəri Səməd Həsənzadə ilə görüşü zamanı deyib.
Erməni diplomat iqtisadi əlaqələrin güclü olmamasından təəssüflənərək bildirib ki, üç milyard dollarlıq ticarət səviyyəsinə nail olmaq üçün ortaq əməkdaşlığa ehtiyac var.
Akopyan iki ölkə arasında əlaqələrin inkişafında ticarət nümayəndə heyətlərinin göndərilməsi və qəbul edilməsinin vacibliyini vurğulayaraq qeyd edib:
“Ermənistanda sərmayə və müştərək müəssisələr üçün çoxlu imkanlar var və səfirlik iranlı iş adamlarını bu fürsətlərlə tanış etmək üçün bu sahədə lazımi əməkdaşlığı təmin etməyə hazırdır”, - deyə diplomat əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 Aprel 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















