Icma.az
close
up
RU
İran və İsraildən vətəndaşlarımız təxliyə olunub? RƏSMİ CAVAB

İran və İsraildən vətəndaşlarımız təxliyə olunub? RƏSMİ CAVAB

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İran və İsrail arasında hərbi qarşıdurma geniş miqyas alıb. Son məlumatlara görə, İsrailin İrana qarşı endirdiyi raket zərbələri nəticəsində azı 78 nəfər həyatını itirib, 320-dən çox şəxs yaralanıb. Hücumlar zamanı İranın yüksək rütbəli hərbçiləri və nüvə sahəsində çalışan mütəxəssisləri də hədəf alınıb.

İranın cavab hücumları nəticəsində İsraildə onlarla yaralı var, bir neçə nəfərin həyatını itirdiyi bildirilir.

Rəsmi Bakı baş verənlərlə bağlı mövqeyini açıqlayıb. Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyir və tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırır.

Açıqlamada mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin olunmasının vacibliyi xüsusi olaraq vurğulanıb.

Qeyd edək ki, hər iki ölkədə yüzlərlə Azərbaycan vətəndaşı var. Onların Azərbaycana təxliyə edilib-edilməyəcəyi müzakirə olunan mövzular arasındadır.

Modern.az məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi (XİN) ilə əlaqə saxlayıb.

Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, İsrail və İran ərazisində olan Azərbaycan vətəndaşlarından təxliyə üçün indiyədək heç bir müraciət daxil olmayıb.

XİN ötən günü hər iki ölkədə olan vətəndaşlarımıza xəbərdarlıq edib. Bildirilib ki, İsrail və İrana zəruri olmadığı müddətcə səfərdən çəkinmək lazımdır.

Hazırda İsrail və İranda olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımız aşağıdakı nömrələrlə əlaqə saxlamalıdırıar:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
[email protected]
+98 905 523 01 07

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
[email protected]
+961 4 922 066

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
[email protected]
+972 54 539 77 88

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see219

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri