İran və Omanın yeni Hörmüz planı Təfərrüat
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az “Bloomberg”ə istinadən xəbər verir ki, əraziləri boğazla həmsərhəd olan İran və Oman ötən həftə sonu Tehranda rəsmiləri ilə görüşdükdən sonra danışıqları davam etdirirlər.
Nəşr mənbələrinə məlumat verib ki, Hörmüz boğazı ilə bağlı yeni təkliflərdən biri gəmilərin boğazdan keçməsi üçün sözdə orta dəhlizin yenidən açılmasıdır. Lakin bu dəhliz İran tərəfindən minalandığından gəmilərin marşrutdan müntəzəm istifadə edə bilməsi üçün bunların təmizlənməsinin vacibliyini irəli sürülüb.
“Bloomberg”in yazdığına görə, Britaniya, Fransa və digər Avropa ölkələri mina təmizləmə səylərinə rəhbərlik edə biləcəklərini bildiriblər, lakin bu, yalnız təhlükəsiz olduqda baş tuta bilər.
ABŞ və İran arasında münaqişənin başlanğıcından bəri gəmilər boğazdan keçmək üçün əsasən şimal və ya cənub marşrutundan istifadə ediblər.
“Axios”un məlumatına görə isə danışıqlar əsasən İran və Oman arasında aparılır. Qətər, Pakistan, Misir və ABŞ prezidentlərinin elçiləri Stiv Uitkof və Cared Kuşner də danışıqlarda iştirak edirlər.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 28 İyul 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















