İran və Rusiya Azərbaycan ərazisindən qaz nəqlinə dair razılıq əldə ediblər
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran və Rusiya Azərbaycan ərazisindən qaz nəqlinə dair razılıq əldə edib.
"Azad İran" Telegram kanalının məlumatına görə, bu barədə Moskvaya səfəri zamanı İranın neft naziri Möhsün Paknejad açıqlama verib.
Nazir Rusiyadan İrana qaz nəqli ilə bağlı suala cavabında bildirib ki, daha əvvəl bu məqsədlə illik 55 milyard kubmetr qazın idxalı üçün Anlaşma Memorandumu imzalanıb.
Paknejad qeyd edib ki, qazın daşınması üçün nəqliyyat marşrutlarının öyrənilməsi aparılıb və Azərbaycan ərazisindən keçən quru yolunun istifadəsi barədə razılıq əldə olunub.
O, Rusiya qazının Astara bölgəsi vasitəsilə İrana çatdırılacağını vurğulayıb.
"Rusiya ilə Azərbaycan arasında koordinasiya prosesi davam edir və bu planın ikinci mərhələsi gələcəkdə yekunlaşdırılacaq", - deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















