Icma.az
close
up
RU
İran və Rusiya susur, Ermənistan silahlanır: Azərbaycan nə edəcək?

İran və Rusiya susur, Ermənistan silahlanır: Azərbaycan nə edəcək?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın sürətli silahlanması və bu prosesin Fransa başda olmaqla müxtəlif dövlətlər tərəfindən dəstəklənməsi Cənubi Qafqazda yeni gərginlik ocağının yaranmasına səbəb ola bilər. 

Fransa artıq 26 ədəd “Bastion” zirehli transportyorunun 10-nun istehsalını başa çatdırıb və yaxın vaxtlarda Ermənistana göndəriləcəyini açıqlayıb. 

Bununla yanaşı, KNDS şirkəti tərəfindən 155 mm kalibrli 12 “SEZAR” özüyeriyən artilleriya qurğusu tədarük edilib və ilin sonuna kimi daha 24 bölmənin göndərilməsi planlaşdırılır. Bu proses təkcə Avropa ilə məhdudlaşmır. 

Ermənistan Hindistanla da danışıqlar apararaq “BrahMos” və ASTRA raket sistemlərinin alınmasını müzakirə edir. Gürcüstan limanları vasitəsilə Ermənistana yüzlərlə avtonəqliyyat vasitəsinin gətirilməsi və Naxçıvan istiqamətində yeni hava hücumundan müdafiə sistemlərinin qurulması bu silahlanma prosesinin miqyasını daha da genişləndirir. Azərbaycanla sülh danışıqları fonunda Ermənistanın bu qədər intensiv silahlanması ciddi suallar doğurur. 

Rəsmi İrəvanın sülh prosesinə sadiq qaldığını iddia etməsinə baxmayaraq, bu addımlar onun əksini göstərir. Ermənistan, üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, hələ də Qazaxın üç kəndini və Naxçıvanın Kərki kəndini geri qaytarmayıb. Bunun 2024-cü ilin mart-aprel aylarında həll olunacağı bildirilsə də, hazırkı silahlanma siyasəti vəziyyətin daha da mürəkkəbləşəcəyindən xəbər verir. 

Fransa Ermənistanı təkcə silahlandırmır, eyni zamanda, onun hərbi təcrübəsini artırmaq üçün dəstək verir. Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryanın NATO-nun hərbi komitəsinin iclasında Fransa quru qoşunlarının komandanı ilə görüşməsi və bu təcrübənin Ermənistan silahlı qüvvələrində tətbiq olunması planları rəsmi Parisin daha aktiv şəkildə İrəvanı silahlandıracağını göstərir. Fransanın müdafiə naziri Sebastian Lekornunun Ermənistana səfəri də bu strategiyanın bir hissəsi kimi qiymətləndirilir. 

Bu prosesin təkcə Ermənistanın gücləndirilməsi ilə məhdudlaşmadığı aydındır. 

Qərbin əsas məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşdırmaqdır. 

102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması üçün sistemli addımlar atılır. Gürcüstanda və Ukraynada uğursuzluğa düçar olan Qərb, Cənubi Qafqazda eyni strategiyanı tətbiq etməyə çalışır. 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev Ermənistanın sürətli silahlandırılmasının regionda heç də yaxşı hal kimi dəyərləndirilmədiyini bildirib. 

Onun sözlərinə görə, bu Fransa tərəfindən birinci hal deyil:

“Əvvəllərdə həm "Bastion", həm də digər atıcı silahlarla bağlı belə məsələ olmuşdu. Yəni Ermənistanın vizual kəşfiyyatçılarına, Fransa tərəfindən bununla bağlı problemlər daim olub və olmaqda da davam edir. Əsas məqam da odur ki, sərhəddə dayanan vizual kəşfiyyatçılara bu silahlarla yanaşı, daimi nümayəndəlik statusu da verilməsi nəzərdə tutulur. Bu problemlərin hamısı Azərbaycan tərəfindən izlənilir və hər hansı bir adım atılarsa, qarşısı qətiyyətlə alınacaq. 

Ən ciddi məsələ də ondan ibarət ki, Fransa NATO üzvü olaraq bu qədər silah- sursatı məhz Ermənistana verir.Məlum məsələdir ki, Ermənistanın maddi vəziyyəti ürəkaçan deyil. Yaxud bunlar kredit adı altında veriləcək və sonradan o kredit də silinəcək.

Fransanın öz məkrli siyasəti var. Məqsəd Ermənistan vasitəsilə regionda vəziyyətə nəzarət etməkdir , çünki Türkiyə yaxındadır. Baxmayaraq ki, Türkiyə-Ermənistan sərhədi, eyni zamanda NATO-Rusiya sərhədidir”.

O bildirib ki, Fransa bu və digər şəkildə Rusiyanı regiondan çıxartmaq isıyir: 

“Amma məlumdur ki, 102 saylı baza sıradan bazalardan deyil və Ermənistan ərazisini tərk etməyə hazırlaşmır". 

Millət vəkili bildirib ki, Gürcüstanda , Ukraynada fiyaskoya uğramış Fransa Ermənistan vasitəsilə Cənubı Qafqazda öz siyasətini həyata keçirməyə çalışır: 

"Ən ciddi məqamlardan da biri İranın susmağıdır. NATO-nun silah- sursatı əraziyə gətirilirsə, İran düşünmürmü ki, bu proseslər nə ilə nəticələ bilər? Eyni zamanda, İranın Ermənistanda səfiri Mehdi Sübhaninin verdiyi açıqlamalara görə,  Ermənistanla tərəfdaşlıq müqaviləsinin imzalanması da nəzərdə tutulur. 

Bunlar hamısı ciddi problemlər, silh müqaviləsinin imzalanmasına zərbə vuran məsələlərdir, yeni bir müharibə ocağının yaranmasına gətirib çıxara bilər. 

Eyni zamanda, delimitasiya-demarkasiya prosesi gedən vaxt Kəlbəcər istiqamətində ermənilər tərəfdən səngərlərin qazılması, silah -sursat yerləşdirilməsi çox ciddi problemlərdir. Azərbaycan təhlillər aparır. 

Ermənistan büdcəsi 1,7 milyard dollardır və bu gətirilən silah- sursat ora daxil deyil. Bu da ondan xəbər verir ki, Ermənistan ciddi silahlanır”. 

Deputat deyib ki, Azərbaycan buna cavab vermək iqtidarındadır:

“Biz sülhün tərəfdarıyıq və sülh danışıqları, delimitasiya-demarkasiya məsələləri bizim üçün ön plandadır. Bu gün təbii ki, təhdid var, amma müharibə təhlükəsinin yaradılması məhz Ermənistanından istifadə edən havadarlarla bağlı ola bilər. Bunun da qarşısı alınmalıdır”.

 Səbinə Uğur 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Fevral 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri