İran və Türkiyə nazirləri bölgədəki hadisələri müzakirə etdilər
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, onlar bölgədəki hadisələri müzakirə edərək, Fələstin ətrafında baş verən son hadisələr, eləcə də İran və Türkiyə arasında ikitərəfli münasibətlərə diqqət çəkiblər.
Onlar fələstinlilərin köçkünlük təhlükəsi ilə mübarizədə İslam dövlətlərinin qəti və vahid mövqe tutmasının vacibliyini vurğulayaraq, problemin həlli üçün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərinin təcili iclasının keçirilməsini istəyiblər.
Hakan Fidan öz növbəsində ikitərəfli münasibətlərin səmərəli inkişafından məmnunluğunu bildirib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 10 Fevral 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















