Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

İran və Ukraynadakı müharibələr son illərdə neft hasilatına ən ciddi zərbə vurub

İran və Ukraynadakı müharibələr son illərdə neft hasilatına ən ciddi zərbə vurub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 may, AZƏRTAC

İran və Ukraynadakı müharibələrlə əlaqədar neft emalı zavodlarına edilən hücumlar son aylarda dünya üzrə neft emalının təxminən 9 faizinin dayanmasına səbəb olub. Bu isə yanacaq çatışmazlığını daha da dərinləşdirib və ehtimal olunur ki, döyüş əməliyyatları başa çatdıqdan sonra belə bərpa prosesi bir neçə ay gecikəcək.

AZƏRTAC xəbər verir ki, İrandakı müharibə təkcə enerji daşıyıcılarının tədarükünü kəskin azaltmayıb və Körfəzdən tanker daşımalarını pozmayıb, həm də obyektlərə dəyən ziyan və neft çatışmazlığı səbəbindən emal həcmlərinin azalmasına gətirib çıxararaq 2020-ci ildə COVID-19 pandemiyasından bəri neft emalı sahəsinə ən ciddi zərbə olub.

Neftin qiyməti də kəskin artıb. Belə ki, aprel ayında “Brent” markalı neftin qiyməti bir barel üçün 126 dollara çataraq son dörd ilin maksimumunu yeniləyib. Mart ayında isə aviasiya yanacağının qiyməti rekord həddə yüksəlib. Məhdud təklif neft emalı zavodlarını, treyderləri və pərakəndə satıcıları tələbatı ödəmək üçün xam neft və yanacaq ehtiyatlarından istifadə etməyə məcbur edib. Ehtiyatlardan təxminən 500 milyon barel neft çıxarılıb.

“TotalEnergies” şirkətinin baş direktoru Patrik Puyanne bildirib ki, müəssisələrin yenidən işə salınması və Asiyaya tədarüklər üçün tələb olunan vaxt nəzərə alınmaqla bu rəqəm 1 milyard barelə çata bilər: “Əgər müharibə tez başa çatsa belə, qiymətlərin yüksək səviyyədə qalacağı gözlənilir”.

Benzin, dizel yanacağı, aviasiya yanacağı və xam neftdən əldə olunan mazut da daxil olmaqla maye yanacağa gündəlik tələbat təxminən 104 milyon barel təşkil edir.

IIR (Industrial Info Resources) analitik mərkəzinin məlumatına görə, İrandakı müharibə gündəlik 3,52 milyon barel həcmində neft emalının dayanmasına səbəb olub. Zərər çəkmiş müəssisələr sırasında Səudiyyə Ərəbistanının gündəlik 550 min barel gücə malik “Ras-Tanura” neft emalı zavodu da var. “Saudi Aramco” şirkətinin baş direktoru Amin Nasser bildirib ki, bəzi qurğular təmir mərhələsində olsa da, zavod fəaliyyətini bərpa edib.

Küveytdəki üç neft emalı zavodundan ikisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hər iki müəssisə, eləcə də Küveytin gündəlik 615 min barel gücə malik ən böyük “Əl-Zur” neft emalı zavodu emal tempini azaldıb.

Rusiya ilə Ukrayna arasında müharibə də neft emalının gündəlik daha 1,42 milyon barel azalmasına gətirib çıxarıb.

“JPMorgan” analitiklərinin məlumatına görə, Asiya və Avropada xam neft çatışmazlığı neft emalı zavodlarında emal həcmlərinin gündə təxminən 3,8 milyon barel azalmasına səbəb olub.

IIR mərkəzinin məlumatına əsasən, iki müharibə ilə bağlı fasilələr dünyada gündəlik 100,5 milyon barel təşkil edən neft emalının təxminən 9 faizini əhatə edir.

“Kpler” şirkətinin məlumatları göstərir ki, neft çatışmazlığı nəticəsində Nigeriyada yerləşən və gündəlik 650 min barel gücə malik nəhəng “Dangote” neft emalı zavodu aprel ayında Avropaya aviasiya yanacağı ixracını demək olar iki dəfə artırıb.

Avropa Komissiyasının məlumatına görə, apreldə Avropa İttifaqında yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti hər litr üçün rekord həddə – 2,11 avroya yüksəlib. Bu, Körfəz ölkələrindən tədarükün azalması və Ukraynadakı müharibə səbəbindən vaxtilə Avropanın əsas təchizatçısı olmuş Rusiyadan tədarükün dayanması ilə əlaqələndirilir.

Beynəlxalq Enerji Agentliyi proqnozlaşdırır ki, bu il Körfəz ölkələrinin neft emalı zavodlarında emal həcmi gündəlik 8,7 milyon barelə enəcək. Bu göstərici 2025-ci illə müqayisədə gündəlik 900 min barel azdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri