İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi 2 nəfər tutulub
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 27 yaşlı Röyal Gülağazadə və əvvəllər məhkum olunmuş 23 yaşlı Simran Mürsəlov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, onlardan ümumilikdə 11 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla R. Gülağazadə və S. Mürsəlovun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildikləri və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 25 Fevral 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















