Icma.az
close
up
RU
“İran xaos içindədir” Prezident Məsud Pezeşkian böhranı açıq etiraf etdi

“İran xaos içindədir” Prezident Məsud Pezeşkian böhranı açıq etiraf etdi

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moderator.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkədəki vəziyyətlə bağlı indiyədək ən açıq və pessimist çıxışlarından birini edib. Prezidentin açıqlamaları İran daxilində dərin idarəetmə böhranının, siyasi sistemin tıxanmasının və regional etimad probleminin mövcudluğunu birbaşa etiraf kimi qiymətləndirilir.

Pezeşkian bildirib ki, prezident olmasına baxmayaraq, hər hansı möcüzəyə və ya sürətli dəyişikliklərə inanmır. Onun sözlərinə görə, cəmiyyətdə ona olan gözləntilərin yüksək olmasını anlayır, lakin bu gözləntiləri reallaşdırmaq üçün “sehirli çubuğu” yoxdur.

İran Prezidenti etiraf edib ki, reallıq olduqca ağırdır və xalqına verdiyi bir çox vədi yerinə yetirmək istəsə də, mövcud siyasi sistemin mahiyyəti buna imkan vermir. Pezeşkian açıq şəkildə bildirib ki, ölkə artıq dalana dirənib və böhrandan çıxış üçün ideyalar tükənmək üzrədir.

Dövlət başçısının çıxışında diqqət çəkən məqamlardan biri də İranın regiondakı mövqeyi ilə bağlı olub. O vurğulayıb ki, əgər qonşu ölkələrin əhəmiyyətli bir qismi İrandan ehtiyat edirsə, bu, təsadüfi deyil və ciddi şəkildə düşünülməli səbəblər var. Prezidentin fikrincə, problem təkcə xarici siyasətdə deyil, daxili idarəetmədədir.

Pezeşkian xüsusilə qeyd edib ki, ölkədə mövcud vəziyyəti hər zamankı kimi ABŞ-ın, yaxud “sionist rejim”in üzərinə atmaq mümkün deyil. Onun sözlərinə görə, İran elə bir idarəetmə böhranı yaşayır ki, burada əsas problem xarici təzyiqlər yox, məhz daxili sistem və qərarvermə mexanizmləridir.

“İran əslində ciddi xaosun içərisindədir. Elə bir böhran var ki, artıq yalandan ‘hər şey yaxşıdır’ demək olmur. Problem bizim içimizdədir, biz özümüzük”, – deyə İran Prezidenti bildirib.

Pezeşkianın bu açıqlamaları İranda uzun illərdir tabu sayılan mövzuların – siyasi sistemin səmərəsizliyi, daxili məsuliyyət və regional təcrid risklərinin – ilk dəfə bu qədər açıq şəkildə prezident səviyyəsində dilə gətirilməsi kimi qiymətləndirilir. Bu çıxış, həm ölkə daxilində siyasi elitalar arasında, həm də regionda İranın gələcək kursu ilə bağlı ciddi müzakirələrə yol aça bilər.

(Musavat)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri