İran xarici işlər naziri: Dəhlizə onlar nəzarət etməyəcəklər
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu yolun (Zəngəzur dəhlizi) ABŞ qüvvələrinin regionda mövcudluğu üçün bəhanə ola biləcəyi ilə bağlı narahatlıq var”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, Ermənistan Tehranı İranın qırmızı xətlərinə hörmətlə yanaşdığını əmin edib:
“Onlar əmin ediblər ki, bu yola görə Ermənistanda heç bir Amerika qüvvələri olmayacaq, hətta bildiyiniz kimi, regionun bəzi ölkələrində fəaliyyət göstərən Amerikanın özəl mühafizə şirkətləri də bu yolu bəhanə edərək Ermənistanda mövcud olmayacaq.
Bu məsələlər İran prezidentinin (Məsud Pezeşkian) Ermənistana səfəri zamanı müzakirə olunacaq: “Erməni dostlarımıza məlum olan narahatlığımızı bir daha çatdıracağıq. Bu, bizim müzakirəmizin mövzusu olacaq”.
Əraqçi qeyd edib ki, regional problemlər bölgə ölkələri tərəfindən həll edilməlidir.
İran xarici işlər naziri ölkəsinin Azərbaycan və Ermənistan arasında sülhün tərəfdarı olduğunu iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Avqust 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















