İran XİN: “ABŞ bütün gücü ilə sionist rejimi dəstəkləyir”
Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ-ın İsrailə dəstəyi sülhə nail olmaq üçün əsas problemə çevrilib”
“ABŞ-ın İsrailin Yaxın Şərqdəki hərəkətlərinə dəstəyi beynəlxalq sülhə nail olmaq üçün əsas problemə çevrilib”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi suriyalı həmkarı Bassam Sabbaq ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Təəssüf ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün bərqərar olması ilə bağlı əsas vəzifəsini yalnız ona görə yerinə yetirə bilməz ki, bir ölkə, ABŞ bütün gücü ilə sionist rejimi dəstəkləyir”, - deyə Əraqçi bildirib.
“Region, ərəb və İslam dünyasının birliyi sionist rejimə təzyiqləri artırmaq və onun cinayətlərini dayandırmaq üçün çox vacibdir. Bu səylər böyük ölçüdə təsirli olsa da, İsrail rejiminin Qəzza zolağında və Livanda törətdiyi cinayətlərin, eləcə də Suriyaya hücumlarının qarşısını ala bilmədi”, - nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 19 Noyabr 2024 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















