İran XİN: ABŞ ın sanksiyaları danışıqlara hazır olmaq barədə bəyanatların yalan olduğunu sübut edir
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsini amerikalı siyasətçilərin Tehranla danışıqlar aparmaq istəyi ilə bağlı bəyanatlarının yanlış olduğunun sübutu kimi qiymətləndirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında aşağıdakı ifadələr yer alıb:
“Xarici İşlər Nazirliyinin nümayəndəsi bəzi amerikalı siyasətçilərin İranla qarşılıqlı əlaqə yaratmaq istəyi ilə bağlı bəyanatlarına işarə edərək, İran xalqına qarşı sanksiyaların tətbiqini bu bəyanatların yanlışlığının ən böyük sübutu kimi qiymətləndirib”.
İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ-ın İranın xarici ticarətinin inkişafına mane olan yeni sanksiyalar tətbiq etməsi “BMT-nin prinsiplərinə, xüsusən də milli suverenliyə və xalqın öz müqəddəratını təyinetmə hüququna hörmət prinsipinə ziddir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 26 Fevral 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















