İran XİN ABŞ la istənilən danışıqlarda sanksiyaların ləğvini prioritet adlandırıb
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran hakimiyyəti ABŞ-la istənilən təmaslarda Tehrana qarşı tətbiq edilmiş birtərəfli sanksiyaların ləğvinə nail olmağa çalışacaq.
Xalqcebhesi.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Bəqayi bildirib.
“İranın nüvə proqramının mahiyyəti ilə bağlı etimadın möhkəmləndirilməsi müqabilində bizim tələbimiz bu illər ərzində İran xalqına qarşı tətbiq edilmiş ədalətsiz sanksiyaların aradan qaldırılmasıdır. Vurğulayıram ki, sanksiyaların ləğvi məsələsi bizim üçün istənilən diplomatik qarşılıqlı fəaliyyətdə əsas prioritet olacaq,” – deyə o, həftəlik brifinq zamanı qeyd edib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ABŞ-la danışıqlar mexanizminin formalaşdırılmasında irəliləyişlə bağlı fikirlərini şərh edən Bəqayi bildirib ki, hazırda müxtəlif aspektlər müzakirə olunur və İran hər bir diplomatik prosesin detalları üzrə qərarlar qəbul edir. O, yaxın günlərdə nəticə əldə olunacağına ümid etdiklərini əlavə edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 02 Fevral 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















