İran XİN: ABŞ yə danışıqlar üçün müraciət etməmişik
Icma.az, Sherg.az saytına istinadən bildirir.
İran son günlər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə heç bir əlaqə saxlamayıb və danışıqların aparılması ilə bağlı müraciət etməyib.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Son bir neçə gün ərzində mənimlə Uitkoff arasında heç bir təmas olmayıb. Biz danışıqların aparılması üçün müraciət etməmişik",- o qeyd edib.
İran XİN rəhbəri əlavə edib ki, bəzi ölkələr vasitəçi rolunda çıxış edir və Tehran onlarla məsləhətləşmələr aparır:
"Əlbəttə, vasitəçi qismində çıxış edən ölkələr var və biz onlarla əlaqə saxlayırıq".
Qeyd edək ki, Stiven Uitkoff yanvarın 21-də CNBC telekanalına müsahibəsində ABŞ-nin İranla danışıqlar aparmadığını, lakin tərəflər arasında müəyyən təmasların olduğunu bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 28 Yanvar 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















