İran XİN: “Avropa dərhal səhvini düzəltməlidir”
Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın Rusiyaya ballistik raketlər göndərməsini yenidən təkzib edib.
Missiya.Az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
O bildirib ki, bu yaxınlarda Avropa İttifaqı aviaşirkətlərimizin Avropaya girişini qadağan etməklə iranlı və digər sərnişinləri hədəfə alıb.
“Bu, İranın Ukraynada istifadə etmək üçün Rusiyaya ballistik raketlər təhvil verməsi barədə yalan və əsassız iddia əsasında edilib. Aİ İranın hava yollarına sanksiya tətbiq etməsində səhvini düzəltməlidir”,-deyə Abbas Əraqçı qeyd edib.
Əraqçının sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin özü də açıq şəkildə deyir ki, İran raketləri Rusiyaya çatdırılmayıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Noyabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















