İran XİN başçısı: Bəşər Əsəd bizdən kömək istəməyib
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Suriyanı tərk etmiş ölkə prezidenti Bəşər Əsəd İrandan kömək istəməyib.
“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telemüsahibədən sitat gətirir.
"O bizdən heç vaxt kömək istəməyib", - nazir deyib. Nazir qeyd edib ki, İranın Suriyada mövcudluğu "İslam Dövləti"nə qarşı mübarizəyə yönəlib.
A.Əraqçinin sözlərinə görə, Suriyada hadisələrin sürətlə inkişaf etməsi Tehranda təəccübə səbəb olub: "Şübhəsiz ki, hadisələrin inkişaf sürəti və Suriya ordusunun hər hansı bir addım atmağa qadir olmaması təəccüb doğurur".
İranlı nazir qeyd edib ki, Suriyadakı vəziyyətin mövcud inkişafı Tehranın İsrailə qarşı mübarizə üçün birlikdə “Müqavimət oxu” adlı alyansı formalaşdırdığı Dəməşqlə əlaqələrə təsir edəcək.
"Təbii ki, müqavimət cəbhəsi zərər çəkəcək", - o bildirib. Bununla belə, XİN başçısı hesab edir ki, müəyyən məhdudiyyətlərə baxmayaraq, müqavimət davam edəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:101
Bu xəbər 09 Dekabr 2024 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















