İran XİN başçısı Türkiyəyə səfər edəcək Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
İranın xarici işlər naziri Abbas Araqçı Türkiyəyə səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İran xarici işlər naziri Abbas Araqçı 2 dekabr 2024-cü il tarixində ölkəmizə səfər edəcək", - məlumatda diqqətə çatdırılıb.
Xatırladaq ki, daha əvvəl Əraqçı ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutmuşdu.

İran XİN başçısı Türkiyəyə səfər edəcək
30 Noyabr 2024 20:04

