İran XİN: Əraqçinin Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüşü planlaşdırılmır
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 aprel, AZƏRTAC
İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə hər hansı görüş keçirməsi planlaşdırılmır.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.
O, X sosial şəbəkəsində yazıb: “İranla ABŞ arasında heç bir görüş planlaşdırılmır, çünki İranın mövqeyi Pakistana çatdırılacaq”. Bəqai qeyd edib ki, Əraqçi yalnız İslamabadın Yaxın Şərqdəki münaqişənin dayandırılması istiqamətində vasitəçilik səyləri çərçivəsində Pakistanın yüksəkvəzifəli rəsmiləri ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl “Axios” portalının müxbiri Barak Ravid mənbələrə istinadla ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilə biləcəyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 25 Aprel 2026 03:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















