İran XİN: “Hörmüzdən keçid üçün ödəniş alınmayacaq”
Icma.az bildirir, Bizim media portalına istinadən.
“Tehran Hörmüz boğazından tranzit üçün ödəniş almaq niyyətində deyil. O, yalnız gəmilərə göstərəcəyi xidmətlər üçün ödəniş tələb edir”.
Bizim.Media xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bu barədə “Mehr” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, İran və Oman həmin bölgədə gəmilərə bir sıra xidmətlər göstərir və nəzərdə tutulan ödənişlər də məhz bu xidmətlərlə bağlıdır.
Kazem Qəribabadi qeyd edib ki, burada naviqasiya təminatı, axtarış-xilasetmə əməliyyatları, gəmiçilik təhlükəsizliyi sahəsində xidmətlər, eləcə də ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi fəaliyyətlərdən söhbət gedir.
Nazir müavini vurğulayıb ki, İranın məqsədi keçid və ya tranzit rüsumu tətbiq etmək deyil, göstərilən xidmətlərin qarşılığını almaqdır.
“Belə tədbirlər beynəlxalq dəniz hüququnun normalarına zidd deyil. BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyası sahilyanı dövlətlərə müəyyən xidmətlərin göstərilməsinə görə ödəniş almaq hüququ verir”, - deyə Kazem Qəribabadi bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 04 İyun 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















