Icma.az
close
up
RU
İran XİN: Makron məsuliyyətsiz bəyanatlar verir

İran XİN: Makron məsuliyyətsiz bəyanatlar verir

Hurriyyet.az xəbər verir ki, İran XİN Fransa Prezidenti Emmanuel Makronla bağlı tənqidi açıqlama verib.
İranın Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi İsmayıl Bəqai Makronun Tehranın Ukrayna münaqişəsindəki rolu barəsindəki sözlərini tənqid edib.
İran XİN-in bəyanatında deyilir: "İran İslam Respublikasının Ukrayna münaqişəsinin sülh yolu ilə həlli barəsindəki prinsipial mövqeyini xatırladan Bəqai İranın Ukraynadakı münaqişəyə müdaxiləsi barəsindəki növbəti bəyanatı təkzib edərək qeyd edib ki, bu cür məsuliyyətsiz ittihamlar — faktların təhrif olunması və müəyyən ölkələrin destruktiv rollarının gizlədilməsi cəhdləri dünyada qeyri-sabitlik yaradır".
İran diplomatiyasının təmsilçisi "Fransa Prezidetinin İranın nüvə proqramı ilə bağlı bəyanatını təkzib edərək vurğulayıb ki, İranın dinc atom sahəsindəki fəaliyyəti beynəlxalq hüquq çərçivəsində həyata keçirilir və Beynəlxalq Atom Enerjisi Agentliyinin daimi nəzarətindədir".
Hürr Tərcüman

seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri