İran XİN rəhbəri: Biz falçı deyilik KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Anladığım odur ki, İraqın təhlükədədir”.
KONKRET.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İraqın Əl-Şərqiyyə kanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Suriyada baş verən son hadisələr bütün region üçün təhlükə yaradır və proses Suriya ilə bitməyəcək:
“Hərbi hərəkətlər çox sürətlə baş verir və bununla bağlı çoxlu suallar var. Məncə, bütün bu sürətli inkişafın arxasında Amerika və İsrail dayanır. Qəzzədən sonra Livan, indi də Suriya. Bu, Suriya ilə bitməyəcək, bütün region təhlükə altındadır.
Hazırda Suriyada silahlı əməliyyatlar aparan qruplaşmalar BMT-də terrorçu qruplar kimi səciyyələndirilib, terrorçulara qarşı mübarizə apardığını iddia edən ölkələr indi ya susur, ya da onlara dəstək verir. Təəssüf ki, onlar üçün “yaxşı və pis terrorçu” anlayışı var.
Biz falçı deyilik, lakin müqavimət mütləq öz vəzifəsini yerinə yetirəcək. Bəziləri 2011-ci ildə də Bəşər Əsədin devrilməsini gözləyirdi, lakin bu baş vermədi və o vaxtdan təxminən 14 il keçir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 07 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















