İran XİN: Tehran və Vaşinqton vasitəçilər üzərindən dialoqu davam etdirir
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
İran Xarici İşlər Nazirliyi (XİN) Tehran və Vaşinqton arasında vasitəçilər vasitəsilə mesaj mübadiləsinin davam etdiyini bildirib. Bunu İran XİN-in sözçüsü İsmayıl Bəqayi açıqlayıb.
Onun sözlərinə görə, İran Pakistan, Oman və Qətər də daxil olmaqla vasitəçi ölkələr üzərindən ABŞ ilə əlaqələri davam etdirir. Bəqayi qeyd edib ki, dialoqun davam etməsi üçün əvvəlcə məhv edilmiş etimad mühiti bərpa olunmalıdır.
İran rəsmisi bildirib ki, Tehran Hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması ilə bağlı öhdəliklərini yerinə yetirib, lakin ABŞ həmin müddət başa çatmadan yeni zərbələr endirib.
Bəqayi ABŞ-nin addımlarını razılaşmaların pozulması kimi qiymətləndirib və İranın əsas diqqətinin xalqının təhlükəsizliyinin təmin edilməsinə yönəldiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 İyul 2026 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















