İran XİN Trampın təhdidlərinə cavab verdi
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Prezidenti Donald Trampın BRİKS ölkələrinə qarşı təhdidləri onu göstərir ki, assosiasiya öz dəyərlərini bölüşən getdikcə daha çox ölkə ilə de-dollarizasiya səylərində uğur qazanır.
Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"BRICS öz dəyər və ideallarını təqdim edərək, onları tədricən qlobal birliyə inteqrasiya edib. Getdikcə daha çox ölkə BRİKS-in məqsədlərinə uyğunlaşır, o cümlədən de-dollarizasiya, ABŞ və dolların dominant olduğu beynəlxalq institutlarda islahatlar aparılır. BRİKS bunları həll etməyə çalışır. Trampın qəzəbi nümayiş etdirir ki, assosiasiya düzgün kurs aparır”, - deyə nazir bildirib.
Noyabrın 30-da Tramp BRİKS ölkələrinin yeni valyuta qurması və ya dollardan imtina etməsi halında mallarına 100% ticarət rüsumları tətbiq edəcəyini bildirib. Onun sözlərinə görə, beynəlxalq ticarət aparmaq üçün dolları əvəz etməyə çalışan istənilən ölkə “Amerika ilə vidalaşacaq”.
Türkan İSGƏNDƏRLİ
Baxış sayı:78
Bu xəbər 04 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















