İran XİN: Zəngəzur məsələsində dəhliz mübahisəsi tamamilə aradan qalxıb
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İranın xarici işlər naziri Abbas Əraqçı Zəngəzur məsələsində dəhliz mübahisəsinin tamamilə aradan qalxdığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Biz dəfələrlə Ermənistan və Azərbaycanla Zəngəzurla bağlı danışmışıq və sabah Ermənistan xarici işlər naziri ilə telefon danışığımız olacaq. Ermənistan xarici işlər nazirinin müavininin də çərşənbə axşamı İrana səfəri planlaşdırılır. Biz Ermənistan və Azərbaycan arasında istənilən sülhü alqışlayırıq. Biz regiondakı bütün ölkələrin öz torpaqları üzərində tam suverenliyini tələb edirik və regiondakı bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edirik.
Biz beynəlxalq sərhədlərdə heç bir dəyişikliyi qəbul etmirik. Azərbaycan və Ermənistanın birgə bəyanatında da bu elementlər nəzərə alınıb və hörmət edilib. Dəhliz müzakirəsindən tamamilə imtina edilib və indi tranzit yolun müzakirəsi Ermənistanın suverenliyi altındadır", - deyə nazir bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 Avqust 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















