İran Yaxın Şərqdə ən azı 228 ABŞ hərbi obyektinə zərər vurub WP
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Yaxın Şərqdə ən azı 228 ABŞ hərbi obyektinə zərər vurub və ya onu məhv edib, lakin Amerika hakimiyyəti zərərin həqiqi miqyasını açıq şəkildə etiraf etmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə peyk görüntülərini təhlil edən “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, İranın hava hücumları anqarlara, kazarmalara, yanacaq saxlama məntəqələrinə, radarlara, rabitə sistemlərinə və hava hücumundan müdafiə avadanlıqlarına zərbə endirib.
Hava hücumları təhlükəsi səbəbindən ABŞ bölgədəki bazalarını tam şəkildə istifadə edə bilmir. Qəzetin mənbələrinə görə, əməliyyatın əvvəlində personalın əksəriyyəti İran raketlərinin hədəfə çata bilməyəcəyi digər obyektlərə köçürülüb.
Qəzetə danışan ekspertlər hesab edirlər ki, ABŞ ordusu İranın zərbə sistemlərini hədəfə almaq qabiliyyətini lazımınca qiymətləndirməyib, müasir dronlardan müdafiə olunmaq üçün uyğunlaşa bilməyib və bir sıra bazaları lazımi səviyyədə qoruya bilməyib. Ekspertlərin fikrincə, buna baxmayaraq, İranın zərbələri ABŞ ordusunun bombardman missiyaları aparmaq qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərməyib.
Qəzet araşdırması üçün İran tərəfindən yayımlanan peyk görüntülərindən istifadə edib. Qəzet qeyd edir ki, görüntülərdə heç bir redaktə əlaməti aşkar etməyib. WP qeyd edir ki, Amerika peyk görüntü şirkətləri “Vantor” və “Planet” ABŞ hökumətinin tələbi ilə ABŞ-nin İrandakı əməliyyatı zamanı çəkilmiş görüntülərə girişi məhdudlaşdırıb.
Bu mövzuda digər xəbərlər:İran Yaxın Şərqdə ABŞ ın ən azı 228 hərbi obyektini məhv edib və ya zədələyib İDDİA
07 May 2026 14:25
WP: ABŞ İsraili cilovlamasa, Yaxın Şərqdə təsirini itirəcək
12 Sentyabr 2025 16:40
“İran Yaxın Şərqdə ABŞ nin hərbi hərəkətlərini izləyir”
26 Yanvar 2026 15:31
İran: Müharibədən sonra ABŞ Yaxın Şərqdə olmayacaq
18 Mart 2026 12:34
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır
22 Mart 2025 17:42
Baxış sayı:167
Bu xəbər 06 May 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















