Icma.az
close
up
RU
İran yenidən qaynamaqdadır: Aksiyalar üsyana çevrilir

İran yenidən qaynamaqdadır: Aksiyalar üsyana çevrilir

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli valyutanın kəskin dəyərdən düşməsi fonunda Tehran və İsfahan şəhərlərində mağaza və ticarət mərkəzlərinin sahibləri və işçiləri tətil elan edərək hökumət əleyhinə şüarlarla küçələrə çıxıblar.

Haqqin.az-a müsahibəsində iranlı politoloq və jurnalist Hamid Şahanagi bildirib ki, etirazların birbaşa tətikləyicisi dolların məzənnəsinin sürətlə artaraq 144 min tuman həddini keçməsi olub. Müqayisə üçün qeyd edək ki, Məsud Pezeşkian prezident vəzifəsinə başladığı vaxt dolların məzənnəsi təxminən 80 min tuman idi.

Tehranın Sepahsalar meydanında hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə etsələr də, aksiya davam edib. Hakimiyyət nisbətən təmkinli davranır, lakin küçələrdə gərginlik qalmaqdadır.

Şahanaginin sözlərinə görə, ilk olaraq Tehrandakı “Alaəddin” mobil telefon bazarının satıcıları mağazaları bağlayaraq Şuş meydanında toplaşıblar. Daha sonra paytaxtın Laləzər küçəsi, Böyük bazar, Saadi ərazisi, “Bin əl-Harameyn”ticarət kompleksi, “Kaşani” pasajı və digər rayonların ticarət obyektlərinin əməkdaşları da onlara qoşulublar.

Bazar ertəsi tətil və küçə etirazlarının dalğası İsfahana çatıb. Burada aksiyalar “Diktatora ölüm”, “Allah Rza şahın ruhunu şad etsin”, “Cavid şah, İrana qayıt”, “Mollalar vətənimizi məhv edir” kimi şüarlarla müşayiət olunub. Müşahidəçilərin fikrincə, bu şüarlar təkcə iqtisadi ümidsizliyi deyil, həm də İran cəmiyyətinin xeyli hissəsində artan siyasi məyusluğu əks etdirir.

Hələlik polis ilə genişmiqyaslı toqquşmalar qeydə alınmayıb. Tehran meydanında gözyaşardıcı qazdan istifadə edilsə də, nümayiş dayandırılmayıb. Hakimiyyət təmkinli davranır, amma küçələrdə gərginlik qalır.

İranın məhkəmə hakimiyyətinin başçısı Qolam Hüseyn Möhseni Eceyi “ölkənin iqtisadi sistemini sarsıdanlara qarşı mübarizə aparmaq üçün sərt göstərişlər verdiyini” bəyan edib. Bu açıqlama prezident Məsud Pezeşkianın bir qədər əvvəlki çıxışından sonra səsləndirilib. Prezident çıxışında “bəzi güclü və nüfuzlu dairələrin sabotajı səbəbindən” hökumətin həyati əhəmiyyətli iqtisadi islahatları həyata keçirə bilmədiyini etiraf edib.

Şahanaginin fikrincə, bu ifadələrlə İİR prezidenti əslində İslam İnqilabı Keşikçiləri Korpusunun paralel dövlət kimi fəaliyyət göstərən kölgə iqtisadiyyatını nəzərdə tutub. Söhbət banklara, dəniz daşımalarına, eləcə də neft və silah ixracına nəzarət edən, hökumətin real nəzarətindən və vergi sistemindən kənarda qalan geniş karteldən gedir.

Ekspertin sözlərinə görə, milli valyutanın sürətlə dəyərdən düşməsi İran iqtisadiyyatı və maliyyə sistemindəki dərin struktur böhranını üzə çıxarır. Rəsmi məlumatlara əsasən, bu il İslam Respublikasında inflyasiya 50 faizə, qeyri-rəsmi qiymətləndirmələrə görə isə təxminən 80 faizə çatıb. Tumanın məzənnəsinin faktiki olaraq iki dəfə düşməsi yeni, rekord inflyasiya dalğası təhlükəsi yaradır. Buna ABŞ-ın sanksiyalara baxmayaraq İrana nefti Çinə daşıyan “kölgə donanmasına” qarşı nisbətən uğurlu əməliyyatları da əlavə olunur. Nəticədə neft ixracından daxilolmalar kəskin azalıb və bu da büdcəyə ciddi zərbə vurub.

Pezeşkian bir daha etiraf edib ki, “bəzi güclü və nüfuzlu dairələrin sabotajı səbəbindən” hökumət həyati əhəmiyyətli iqtisadi islahatları reallaşdıra bilmir.

Hakimiyyət vəziyyəti yumşaltmaq üçün İran Mərkəzi Bankının guya valyuta siyasəti və əhalinin yaşayış vasitələri ilə təminatı məsələlərinin müzakirə edildiyi fövqəladə iclas keçirdiyi barədə bəyanatlar verib. Lakin Şahanaginin qiymətləndirməsinə görə, bu addımlar sırf deklarativ xarakter daşıyır və sadəcə vaxt udmaq cəhdidir.

Bu arada İran valyutası dəyərdən düşməyə davam edir, ərzaq məhsullarının qiymətləri artır, xidmətlər bahalaşır, neft satışından gəlirlər azalır, milyonlarla iranlının sosial vəziyyəti isə aclıq həddinə yaxınlaşır.

Əhalinin yoxsullaşması şəraitində məişət texnikası, avtomobil, qızıl, mobil telefonlar və digər zəruri olmayan malların satışı faktiki olaraq dayanıb. Yığımlar sürətlə dəyərini itirir və insanlar artıq alış-verişi deyil, özlərini və ailələrini necə dolandıracaqlarını düşünürlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Dekabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri