Icma.az
close
up
RU
İran yenidən türk dövləti kimi formalaşa bilər AÇIQLAMA

İran yenidən türk dövləti kimi formalaşa bilər AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İranın dini lideri Əli Xamenei, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və bir çox yüksək rütbəli komandirlərin Amerika və İsrail hücumlarında öldürülməsi İranın müdafiəsində önəmli bir boşluq yarada bilər. Yəni İran müdafiəsində bir açıqlıq meydana gətirə bilər. Lakin İran kimi tarixi çox qədimlərə gedib çıxan, əvvəlcə farslar, daha sonra isə təxminən 1200 il ərzində türklər tərəfindən idarə olunmuş, 1925-ci ilə qədər türk hakimiyyətində qalmış köklü bir dövlətin liderlərinin öldürülməsi müdafiəni sarsıtsa da, geri çəkilməyə səbəb olmayacaq kimi görünür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz İsrailin İranda yüksək rütbəli şəxslərin öldürülməsindən danışarkən bildirdi.

O qeyd etdi ki, köklü dövlətlərin yetişdirdiyi insanların mütləq əvəzediciləri olur:

"Bu səbəbdən Əli Xameneinin öldürüldüyü iddialarından dərhal sonra onu əvəz etmək üçün seçilən üçlü şura fəaliyyətə başlayıb. Əli Laricani öldürülmüş olsa belə, onun yerini kimin tutacağı da, şübhəsiz ki, əvvəlcədən planlaşdırılıb. Yəni köklü və dərin tarixi olan dövlətlərin liderləri öldürülsə belə, ideyalar məhv edilə bilməz. Bu baxımdan İran müdafiəsinin xalq arasında daha da güclənəcəyi və rəhbərliyə sədaqətin artacağı ehtimal olunur".

Politoloq əlavə etdi ki, Amerika və İsrailin gözlədiyi nəticə baş verməyə bilər və İran müdafiəsini davam etdirəcək:

"Çünki İranın coğrafiyası müdafiə üçün əlverişlidir. Təbii müdafiə xətlərinə malik olan İran həm Amerika, həm də İsrail tərəfindən yaxından izlənilir. Amerika Birləşmiş Ştatlarının NATO və Avropadakı müttəfiqlərindən lazımi dəstəyi ala bilməməsi onların psixoloji vəziyyətinə də təsir göstərmiş kimi görünür. ABŞ Pezidenti Donald Tramp Avropa və NATO-dan gözlədiyi dəstəyi görmədiyi üçün Çin və Uzaq Şərq ölkələrinə yönəlmək məcburiyyətində qala bilər. Bu isə prosesi bir neçə həftə uzatsa da, ABŞ-nin sonda geri çəkilmə yollarını axtaracağı ehtimalını artırır. ABŞ İranla qarşıdurmada israr etdikcə, bu vəziyyət Vyetnam müharibəsi sindromuna bənzər bir vəziyyətə çevrilə bilər. ABŞ cəmiyyətində də Trampın bu prosesdən tezliklə çıxması ilə bağlı təzyiqlər arta bilər və uğursuzluqlar davam edərsə, onun vəzifədən uzaqlaşdırılması məsələsi gündəmə gələ bilər".

Müsahibimizin sözləinə görə, İran xalqını isə gözlənilən dəyişiklikləri yəni idarəetmə sistemində mümkün transformasiyanı Amerika və İsrailin təzyiqi ilə deyil, müharibədən sonra öz milli iradələri əsasında həyata keçirəcəyi düşünülür:

"Eyni zamanda, İran əhalisinin təxminən 45-50 faizinin türk mənşəli olması gələcəkdə idarəetmənin demokratik yollarla yenidən türklərin əlinə keçə biləcəyi ehtimalını da gündəmə gətirir. Bu halda İran yenidən bir türk dövləti kimi formalaşa və türk dünyasının qədim tarixində olduğu kimi, İran coğrafiyası türk idarəçiliyi ilə yenidən tarix səhnəsində yer ala bilər. Beləliklə, bu proses Amerika və İsrailin gözlədiyi ssenari üzrə deyil, İran xalqının öz seçimi və iradəsi əsasında inkişaf edə bilər".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Mart 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri